“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Eduard Oriolun futbolinfo.az saytına müsahibəsi
– Hazırda hardasız?
– Bu gün Antalyaya gəldim. Artıq istirahət bitdi.
– Komandanızın bütün üzvləri artıq Antalyaya gəlib?
– Bu barədə dəqiq məlumatım yoxdu.
– Son günlərdə sizin “Xəzər Lənkəran”ı tərk edəcəyiniz deyilirdi…
– Bu barədə mənim də xəbərim var. Amma bunlar həqiqət deyil. Mənim özümə klubdan gedəcəyim haqqında heç bir şey deyilməyib. Burada qalmaq və oynamaq istəyirəm.
– Mustafa Dənizli ilə görüşmüsüz?
– Yox, Dənizli ilə görüşməmişəm. Onunla heç bir söhbətim olmayıb. “Xəzər Lənkəran”la iki illik müqaviləm var. Ona görə başqa kluba keçmək haqda düşünmürəm.
– Başqa təkliflər almısız?
– Yox. Dəqiq bilirəm ki, burada qalacam.
– Yox. Dəqiq bilirəm ki, burada qalacam.
ELSEVƏR





