Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun formasını geyindiyi Rusiyanın "Rubin" klubu yeni baş məşqçisinə qovuşmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisinin baş məşqçi postuna ən real namizəd kimi erməni mütəxəssis göstərilir.
 
Belə ki, Kurban Berdıyevin gedişindən sonra boş qalan posta Ermənistan yığmasının sabiq baş məşqçisi Vardan Minasyan keçə bilər. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda Minasyanın tezliklə Tatarıstan klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
Shares: