FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda gülən olmayıb. Yığmamız ilk yarının sonlarında hesabı açsa da, yunanlar matça əlavə olunmuş vaxtda məğlubiyyətdən qaça biliblər.
Azərbaycan – Yunanıstan – 1:1 (1:1)
Matç başladı
44-cü dəqiqədə yığmamız hesabı açır – 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
70-ci dəqiqədə Yunanıstan yığmasının bir üzvü qırmızı vərəqə alır
90+7-ci dəqiqədə yunanlar cavab qolunu vurur – 1:1
Matç başa çatdı





