"Real" (Madrid) azarkeşlərinə şad xəbər var. Futbolinfo.az xəbər verir ki, komandanın ulduz futbolçusu Qaret Beyl yenidən sıralara qayıdıb.
 
Uelsli yarımmüdafiəçi artıq komanda ilə məşqlərə də başlayıb. Baş məşqçi Karlo Ançelotti onun məşqlərdəki çıxışını nəzərə alaraq yanvarın 6-da "Selta" ilə matçda forma geyib-geyməyəcəyini müəyyənləşdirəcək.
 
Beyl ötən ayın 17-də məşq zamanı zədələnmişdi.
Shares: