Yenicə “Anji”dən “Monako”ya keçən Lasina Traore dərhal ikinci bir transfer yaşayıb. Futbolinfo.az xəbər verir ki, futbolçu icarə əsasında “Vest Hem”ə göndərilib.
İngiltərə mətbuatının məlumatına görə “Monako” transfer baş tutandan dərhal sonra Lasina Londona yollanacaq və mövsümün sonunadək burada olacaq. Müqavilənin imzalanması üçün Traore İngiltərədə işçi vizası da almalıdır.





