İtaliya və İspaniya Futbol Federasiyaları arasında baş tutan anlaşma pozulub. Söhbət ölkə milli komandalarının yoldaşlıq görüşü keçirmək üçün əldə etdiyi razılaşmadan gedir.
Futbolinfo.az xəbər verir ki, italyanlar martın 5-nə təyin edilmiş yoldaşlıq oyununun ləğv edilməsini xahiş ediblər.
Bu barədə baş məşqçi Çezare Prandelli ölkə federasiyasına müraciət edib. O son üç ildə 4-cü dəfə İspaniya yığmasına qarşı oynamağı mənasız sayır.





