"Rəvan"ın yeni baş məşqçisinin kimliyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Bakı klubu gözlənildiyi kimi, baş məşqçi postuna Güvenç Kurtarı gətirib.
Ötən gün Bakıya gələn türkiyəli mütəxxəsis klub rəhbərliyi ilə görüşüb. Danışıqlardan sonra tərəflər tam razılığa gəliblər və müqavilə imzalayıblar. Lakin hələlik müqavilənin müddəti açıqlanmır.
Qeyd edək ki, Kurtardan öncə "Rəvan"a Şahin Diniyev başçılıq edirdi. O, 10-cu turda Vladislav Qədirovu əvəzləmişdi. Qədirov isə 3-cü turda Ramil Əliyevin yerinə keçmişdi.
Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Eskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.





