Futbol üzrə İngiltərə Federasiya kubokunda 3-cü mərhələnin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 23 qarşılaşma baş tutub.
Səfərdə "Blekbern"lə qarşılaşan "Mançester Siti" rəqibin müqavimətini qıra bilməyib. Digər heç-heçə bitən qarşılaşmalarda olduğu kimi, bu komanalar arasında da qalibi müəyyənləşdirmək üçün təkrar oyun keçiriləcək.
"Arsenal" isə doğma azarkeşləri önündə "Tottenhem"i 2 cavabsız qolla məğlub edərək mərhələ adlayıb.
3-cü mərhələnin qalan görüşləri bu gün keçiriləcək.
İngiltərə Federasiya kuboku
3-cü mərhələ
4 yanvar
Blekbern – Mançester Siti – 1:1
Aston Villa – Şeffild Yunayted – 1:2
Barnsli – Koventri Siti – 1:2
Bolton Uonderers – Blekpul – 2:1
Brayton – Ridinq – 1:0
Bristol Siti – Uotford – 1:1
Donkaster Rovers – Steveneyc – 2:3
Everton – Kvins Park Reyncers – 4:0
Qrimsbi Taun – Haddersfild Taun – 2:3
İpsviç Taun – Preston – 1:1
Kidderminster – Peterburq Yunayted – 0:0
Makklesfild Taun – Şeffild Uednesdey – 1:1
Middlsbro – Hall Siti – 0:2
Nyukasl – Kardiff Siti – 1:2
Norviç Siti – Fulhem – 1:1
Roçdeyl – Lids Yunayted – 2:0
Sauthempton – Barnli – 4:3
Southend Yunayted – Milluell – 4:1
Stok Siti – Leyçester Siti – 2:1
Vest Bromviç – Kristal Pelas – 0:2
Viqan – Milton Keynes Dons – 3:3
Yeovil Taun – Leyton Orient – 4:0
Arsenal – Tottenhem – 2:0
5 yanvar
16:00. Nottingem Forest – Vest Hem
18:00. Sanderlend – Karlisle Yunayted
18:15. Derbi Kaunti – Çelsi
19:00. Liverpul – Oldhem
19:00. Port Veyl – Plimut
20:30. Mançester Yunayted – Suonsi Siti





