Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" artıq 2-ci futbolçunun da keçidini həll edib. Futbolinfo.az xəbər verir ki, cənub klubu "Sumqayıt"ın gənc hücumçusu Orxan Əliyevlə 2 illik müqavilə imzalayıb.
 
Lakin cənub klubu hələlik bununla bağlı rəsmi xəbər yaymağa tələsmir. Buna səbəb Əliyevin ayağında problem olmasıdı. Ötən mövsümün sonunda ciddi zədə alan futbolçunun hələ də tam sağalmaması cənub təmsilçisini tərəddüddə saxlayır.
 
Buna baxmayaraq, Orxan Əliyev Türkiyəyə – "Xəzər Lənkəran"ın düşərgəsinə yollanıb və sabah səhər məşqində iştirak edəcək.
Shares: