Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – "Real Mursiya" 20-ci tur çərçivəsində evdə “Tenerife” ilə qarşılaşıb.
 
Oyun meydan sahiblərinin məğlubiyyəti (1:2) ilə başa çatıb. Eddi bu oyuna start heyətdə çıxıb. Lakin o, 55-ci dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, “Mursiya” 20 turdan sonra 27 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Shares: