"Real” (Madrid) gələn həftə Xabi Alonso ilə yeni müqaviləsi haqda danışıqlara başlayacaq. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçuya "2+1" formatı ilə sözləşmə təklif edəcək.
 
Eyni zamanda, Florentino Peres başqa komandadan sərfəli təklif gələcəyi halda Alonsonu buraxmağa da hazırdı. Bu məqamda PSJ-nin 32 yaşlıə yarımmüdafiəçi ilə maraqlandığnı vurğulamaq yerinə düşər. Fransa mətbuatı PSJ-nin Xabiyə 3 illik müqavilə təklif etdiyini yazır. 
Shares: