Cari mövsüm hücumçularından heç cür istədiyini ala bilməyən “Çelsi” yayda təkidlə istədiyi futbolçuya yenidən “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət “Mançester Yunayted”in forvardı Ueyn Runidən gedir.
 
İngiltərə mətbuatının məlumatına görə, londonlular forvarda görə 30 milyon funt ödəməyə hazırdı. Mankunyanların baş məşqçisi Devid Moyes isə rəhbərliyə tələsməməyi məsləhət görüb.
 
MY ilə Runi qarşıdakı günlərdə yeni müqavilə üçün masa arxasına keçəcək. Əgər razılaşma olmasa, “Çelsi” Runi üçün təklifini irəli sürəcək.
Shares: