Belarus futbolunun ən tanınmış simalarından olan Aleksandr Qleb karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, vaxtilə “Barselona”, “Arsenal” kimi klubların şərəfini qorumuş yarımmüdafiəçi artıq Türkiyədədi.
Bu gündən etibarən o, yeni komandası “Konyaspor”un düşərgəsində olacaq. Qleb “Barselona” ilə 2009-cu ildə Çempionlar Liqasının qalibi olub.





