"Qarabağ"ın yarımmüdafiəçisi Murad Səttarlının Ağdam klubu ilə yollarını ayırdığı haqda məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq 22 yaşlı orta sahə oyunçusunun karyerasının harada davam etdirəcəyi də bəllidi.
 
Onun "Simurq"la danışıqlar apardığından da sizi xəbərdar etmişdik. Artıq sabah gənc futbolçu Zaqatala klubu ilə müqavilə imzalayacaq. Bu barədə saytımıza futbolçunun özü məlumat verib:
 
"Hazırda Rusiyada istirahət edirəm. İstirahətlə yanaşı, gündə 1 dəfə qaçıram. İstəyirəm ki, təlim-məşq toplanışa gedərkən formada olum. İnşallah, sabah Bakıya gələcəm. Sabah hər şeyə aydınlıq gələcək. Yeni klubumla ilyarımlıq müqavilə imzalayacam"
 
Maraq üçün xatırladaq ki, Səttarlı ötən mövsüm məhz "Simurq"da çıxış etmişdi. Amma o vaxt Zaqatala klubunda icarə əsasında oynayan futbolçu yayda yenidən müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıtmışdı.

 

Shares: