"Rəvan" qış təlim-məşq toplanışı çərçivəsindəki ilk hazırlıq prosesini 5-12 yanvar aralığında Mərdəkandakı "Dalğa Arena”da həyata keçirəcəkdi. Lakin futbolinfo.az xəbər verir ki, Şahin Diniyevin istefası klubun planlarını da dəyişib.
Belə ki, Bayıl təmsilçisi hazırlığın ilk mərhələsini "Bayıl Arena"da keçirəcək. Bu isə yeni baş məşqçi Güvenç Kurtarın istəyi ilə baş tutub. Artıq komanda dünəndən məşqləri bərpa edib. Yerli futbolçulardan fərqli olaraq, legionerlər yanvarın 9-dan düşərgəyə qoşulacaq. Bundan başqa komandada hələlik heç bir dəyişiklik edilməyib. Buna səbəb isə türkiyəli məşqçinin komandada heç bir futbolçunun oyununa bələd olmaması göstərilir.





