FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız bu dəfə Çexiya ilə qarşılaşıb.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Bu görüşdə isə futbolçularımız çexlərə məğlub olublar.
Azərbaycan – Çexiya (0:2) matçı başa çatdıqdan sonra isə oyunun ən yaxşı futbolçuları mükafatlandırılıb. Millimizdən ən yaxşı adına yığmamızın turnirdə yeganə qolunun müəllifi olan “Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərov layiq görülüb. Çexiya yığmasından idə bu ada 77-ci dəqiqədə qapımıza 2-ci qolu vuran Latso Takaç yiyələnib.
Onu da xatırladaq ki, yığmamızın Yunanıstanla ilk oyununun ən yaxşısı "Bakı"nın üzvü Təyyar Məmmədov seçilmişdi.





