"Rəvan"ın yeni baş məşqçisinin kimliyi tam dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Bakı klubu gözlənildiyi kimi, baş məşqçi postuna Güvenç Kurtarı gətirib.
 
Ötən həftə Bakıya gələn türkiyəli mütəxxəsis klub rəhbərliyi ilə görüşmüşdü. Danışıqlardan sonra tərəflər tam razılığa gəliblər. Bu gün isə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Kurtardan öncə "Rəvan"a Şahin Diniyev başçılıq edirdi. O, 10-cu turda Vladislav Qədirovu əvəzləmişdi. Qədirov isə 3-cü turda Ramil Əliyevin yerinə keçmişdi.
 
Güvenç Kurtar futbolçu karyerası ərzində "Beşiktaş", "Mersin İdman Yurdu", "Bursaspor", "Altay" və "Kocaelispor"da oynayıb. 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Darıca Gənclərbirliyi", "Kocaelispor", "Sarıyer", "Petrolofisi", "Eskişəhərspor", "Zeytinburnuspor", "Diyarbəkirspor", "Elazığspor", "Akçaabat Sebatspor", "Çaykur Rizəspor", "Dənizlispor", "Bursaspor", "Altay" və "Adana Dəmirspor"a başçılıq edib.
Shares: