Yaxın vaxtlarda Azərbaycan klublarından birinə keçəcəyini bəyan etmiş yunan hücumçu Leonidas Kivelidis bu keçidin hansı səbəbdən baş tutmamasına aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, “PAS Yannina” ilə müqavilə bağlamış hücumçu bunları söyləyib:
“Kerkira”dan sonra bir neçə təklifim olsa da, onları nəzərdən keçirməmişdim. Mənə yaxşı pul təklif etmiş bir Azərbaycan klubu ilə razılığa gəmişdim. Ancaq bəzi bürokratik əngəllər bu keçidin baş tutmasına mane oldu. Mən lazımı sənədləri ala bilmədim və Yunanıstanda qaldım”.
Yunanıstan mətbuatının məlumatına görə, 28 yaşlı hücumçusu “Bakı”nın maraq dairəsində olub. Ancaq sonda futbolçu Yunanıstan Super Liqasında çıxış etməyə hazırlaşan “Pantrakikos”un heyətinə qatılıb.





