Qış fasiləsindən istifdə edən klublarla yanaşı hakimlər də xarici ölkədə toplanış keçəcək. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov futbolinfo.az saytına verdiyi açıqlamada ədalət təmsilçilərinin Antalyada bir araya gələcəyini bildirib:
"Toplanış yanvar ayının 13-dən 27-nə qədər davam edəcək. Hakimlərimiz Antalyanın Lara bölgəsində yerləşən "Miracle Hotel"də toplanış keçəcək. Bu müddət ərzində seminarlar, oyunların idarə edilməsi, fiziki hazırlıq məşqləri və s. keçiriləcək. Hakimlər gündə 3 dəfə məşq edəcək. Bundan başqa UEFA-nın təlimatçısı hakimlərimizə öz bilik və bacarıqlarını göstərəcək".





