Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü il üzrə dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, “Bavariya” və Almaniya yığmasının qolkiperi Manuel Noyer bütün rəqiblərini qabaqlayaraq birinci olub.
 
211 xal yığan Noyer “Yuventus”un canlı əfsanəsi Canluici Buffonu nə az, nə çox düz 133 xal geridə qoyub. İtalyan qapıçı 78 xal toplayıb. 3-cü pillədəki Petr Çex 64 xala malikdi. Belçikalı Tibo Kurtua 54 xalla 4-cü, ispaniyalı Viktor Valdes 53 xalla 5-ci olub.
Shares: