Bu gün "Simurq"un Tagim Novruzovu Antalyada baş tutacaq təlim-məşq toplanışına  aparmayacağı barədə xəbər vermişdik. Zaqatala klubu bu üzdən hətta yarımüdafiəçiyə bilet də almamışdı.
 
Tagimlə yanaşı Orxan Səfiyaroğlu da baş məşqçi Georgi Çixradzenin imtina etdiyi futbolçular arasındadı. Lakin Novruzovdan fərqli, o, əvəzedici komandaya göndərilib.
 
Bu dəqiqələrdə isə fərqli bir informasiya əldə etdik. Belə ki, sözügedən xəbər saytımızda yayımlanandan sonra "Simurq" rəhbərliyi tələsik Novruzov üçün də Türkiyəyə bilet sifariş edib. Belə ki, zaqatalalılar Tagimi də Antalyaya aparmaq qərarına gəliblər.
Shares: