İspaniyanın “Real” (Madrid) klubunun müdafiəçisi Fabio Koentraonun başqa kluba transferi bu ay da mümkün olmayacaq. Futbolinfo.az xəbər verir ki, “los qalaktikos” “Mançester Yunayted”in portuqal futbolçu üçün göndərdiyi təklifi geri çevirib.
Buna səbəb hazırda müdafiə xəttinin sol cinahında Marseloya Koentraodan başqa alternativin olmamasıdı. Rəhbərlik futbolçunu yaya qədər heyətdə saxlamağı planlaşdırır. Onlar Marselonun hər hansı zədə yaşayacağı təqdirdə çətin duruma düşməkdən qorxur.





