Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində yanvarın 14-dən 26-na qədər Türkiyənin Antalya şəhərinə yollanacaq "Rəvan” hazırlığın ilk hissəsini Bakıda keçəcək. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, "aslanlar" bu müddətdə 2 yoxlama görüşündə də qüvvəsini sınayacaq. Artıq görüşlərin detalları da tam dəqiqləşib.
 
Belə ki, "Rəvan" ilk olaraq "Sumqayıt” ilə üz-üzə gələcək. Görüş yanvarın 10-da saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Bundan 2 gün sonra isə "Rəvan” "Araz Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma isə "Bayıl Arena”da oynanılacaq. Görüş saat 13:00-da başlayacaq.
Shares: