FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupdakı son oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız bu dəfə Yaponiya ilə qarşılaşıb.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Çexiya ilə görüşdə isə 2 cavabsız qolla məğlub olmuşduq. Yaponiya isə startda Çexiyaya 3:1, ardından Yunanıstana 1:0 hesabıyla qalib gəlmişdi. Bu dəfə millimiz daha acınacaqlı hesabla məğlub olub.
Bu gün C qrupu çərçivəsindəki digər oyunda Çexiya Yunanıstanla qarşılaşacaq.
Valentin Qranatkinin xatirə turniri
C qrupu
8 yanvar
Azərbaycan – Yaponiya – 1:4 (0:3)
Oyun başladı
18-ci dəqiqədə yığmamız azlıqda qalır və qapımıza penalti təyin olunur
19-cu dəqiqədə yaponlar penaltidən hesabı açırlar – 0:1
21-ci dəqiqədə yığmamız qapısında daha bir qol görür – 0:2
24-cü dəqiqədə yaponlar hesabı darmadağın həddinə çatdırırlar – 0:3
Birinci hissə başa çatdı
İkinci hissə başladı
58-ci dəqiqədə yaponlar daha bir qol vururlar – 0:4
63-cü dəqiqədə yığmamız buraxılan qollardan birinin əvəzini çıxır – 1:4
Matç başa çatdı
|
1. Yaponiya
|
3 | 3 |
0
|
0
|
8-2
|
3
|
9 |
|
2. Çexiya
|
2
|
1
|
0
|
1
|
3-3
|
0
|
3
|
|
3. Yunanıstan
|
2
|
0
|
1
|
1
|
1-2
|
-1
|
1
|
|
4. Azərbaycan
|
3 |
0
|
1
|
2 |
2-7
|
-5
|
1
|





