Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin “Bakı”dan qovulması komandanın digər qapıçılarından birini sevindirib. Futbolinfo.az xəbər verir ki, qış transfer pəncərəsində komandadan ayrılacağı gözlənilən makedoniyalı qapıçı Edin Nüredinoskinin “zolaqlıların” heyətində qalacağı barədə məlumat əldə etmişik.
 
Futbolçunun bu qış “Xəzər Lənkəran”a keçməsi gündəmdə idi. Qapıçı çatışmazlığı yaşayan cənub təmsilçisi makedoniyalı əlcək sahibini rənglərinə qatmaq üçün qış transfer pəncərəsinin açılmasını gözləyirdi. Amma Ağayevin qovulması “Xəzər Lənkəran”ın bu istəyinə mane olub.
 
Qeyd edək ki, Nüredinoskinin “Bakı” ilə may ayına qədər müqaviləsi var.
 
KƏMALƏ İSMAYILOVA
Shares: