İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandes Joze Mourinyo haqdakı maraqlı fikirləri ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, ispan futbolçu “Çelsi”nin baş məşqçisini müəyyən bir oyun fəlsəfəsi olmamaqda günahlandırıb:
 
"Qvardiola mənim üçün özəl biridi. Mourinyo isə sadəcə hesaba köklənmiş bir məşqçidi. O, özünün xüsusi biri olduğunu düşünür. Çünki bir çox ölkədə uğur qazanıb. Ancaq onun futbol fəlsəfəsini bəyənmirəm. Mourinyonun komandaları əsasən hesaba köklənirlər. "İnter"lə Çempionlar Liqasını qazandığı dönəm də xüsusi heç nə ilə yadda qalmadı. O, ayrıldığı komandalarda iz buraxan biri deyil. Mənim üçün əfsanə Yohan Kroyfun Hollandiyası idi".
 
Qeyd edək ki, Xavi mütəmadi olaraq Mourinyo haqda analoji açıqlamalar verir.
Shares: