Türkiyə millisinin baş məşqçisi Fatih Terim bu gün superliqada mübarizə aparan klubların baş məqşçiləriylə görüşəcək. Futbolinfo.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb.
 
Antalyada baş tutacaq toplantıda Terim ölkə çempionatında çıxış edən çalışdırıcılara öz tapşırıqlarını verəcək. Daha sonra baş məşqçilərin qarşılaşdıqları problemlər müzakirə olunacaq.
 
İclasda Terimi “Qalatasaray”da əvəzləyən Roberto Mançini də iştiak edəcək.
 
Yanvarın 9-da millinin çalışdırıcısı 1-ci divizion, 10-da isə  2-ci və 3-cü divizion klublarının baş məşqçiləriylə görüşəcək.
Shares: