İtaliyanın "Roma" klubu heyətini yeni transferlə gücləndirib. Futbolinfo.az xəbər verir ki, “canavarlar” A Seriyasında çıxış edən futbolçu ilə anlaşıb.
Söhbət "Kalyari"nin üzvü Radja Naynqqolandan gedir. Futbolçu mövsümün sonuna qədər paytaxt təmsilçisinə icarəyə göndərilib. Oyunçunun maaşı da daxil olmaqla transfer “Roma”ya ümumilikdə 3 milyon avroya başa gələcək. Razılaşmaya əsasən, “canavarlar” yayda daha 3 milyon avro ödəsə, futbolçunu heyətinə birdəfəlik qata biləcək.





