"Rəvan"a yeni baş məşqçi təyin edilən Güvenç Kurtar artıq öz köməkçilərini müəyyən edib. Futbolinfo.az xəbər verir ki, Kurtarın köməkçiləri də türkiyəli olacaq.
Bu barədə saytımıza açıqlamasında baş məşqçinin özü məlumat verib: "Mənim köməkçim Türkiyədə tanınmış birisidi. Komandada Gökhan Kağızçıoğlu ilə birgə işləyəcəm. Qapıçılar üzrə də güclü bir məşqçimiz olacaq. Salih Sayar qapıçılarla işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi isə Hindal Gündüz olacaq".





