“Real”ın (Madrid) prezidenti Florentino Peres komandanın canlı əfsanələrindən olan Raul Qonsalesi yenidən “Santyaqo Bernabeu”ya qaytarmaq istəyir. Futbolinfo.az xəbər verir ki, prezident əfsanəvi forvarda artıq dəvət də göndərib.
 
O, Raulu klubda futbolçu yox, rəsmi işçi kimi görmək istəyir. Bir müddət sonra isə məşqçilər korpusuna daxil etməyi planlaşdırır. Raulun özü isə daha bir il Qətərdə oynamağı planlaşdırır.
 
Xatırladaq ki, Raul 2010-cu ildə Mourinyonun gəlişindən sonra “Real”ı tərk edib.
Shares: