“Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanov komandadan gedişinin səbəbləri haqda danışıb. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əgər futbolçu transfer edilmirsə, komandanı necə gücləndirmək olar? Mənə heyəti gücləndirməyə imkan vermədilər. Baş məşqçinin həm də öz məşqçi heyəti olmalıdı. Bu da həyata keçmirsə, onda işləmək olmur. Bunların hamısını rəhbərlik edirdi. Bu məsələyə Böyükağa Hacıyevin dəxli yoxdu. Mən dünən klub prezidenti Sadıq Sadıqovla görüşdüm və istefa verdiyimi bildirdim. İstefamı qəbul etdiyinə görə rəhbərliyə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Nazim Süleymanov “Neftçi”yə oktyabrın sonunda gəlmişdi. O, bu vəzifədə Tərlan Əhmədovu istefasından sonra çalışırdı.





