Madird “Real”ının hücumçusu Alvaro Morata karyerasını İngiltərədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb. 21 yaşlı futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.
Daha əvvəl Britaniya mətbuatında Moratanın “Arsenal”ın hədəfində olduğu bildirilirdi, amma “topçular” forvard uğrunda mübarizədən çəkilib. İndi isə “Liverpul” gənc hücumçunu mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Morata “Real”da əsas heyətə düşməkdə çətinlik çəkir.





