“Mançester Yunayted” təcrübəli futbolçularının bir-bir sıradan çıxmasına şahidlik edir. Futbolinfo.az xəbər verir ki, Robin van Persi və Ueyn Runidən sonra bu dəfə də “qırmızı-şeytanlar”ın stopperi Rio Ferdinand zədələnib.
35 yaşlı müdafiəçi “Suonsi” ilə Liqa Kuboku matçının 76-cı dəqiqəsində dizindən xəsarət alıb. Həkimlər Rionun 2 həftə müalicə alacağını vurğulayıb.
Daha sonra o məşqlərə çıxa biləcək.





