Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmış "Neftçi" bu gün növbəti məşqinə çıxacaq.
"Ağ-qaralar" saat 15:00-da klubun təlim-məşq bazasında bir araya gələcək. Bugünkü məşqə braziliyalı legionerlərin də qoşulması gözlənilir. Lakin bu dəfə komanda baş məşqçisiz məşqə çıxacaq. Buna səbəb isə baş məşqçi Nazim Süleymanovun dünən istefa verməsidi. Komanda müvəqqəti olaraq Ruben Sellesə həvalə edilib.





