Azərbaycanlı qapıçı Davud Kəriminin şərəfini qoruduğu Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan "Fəthiyəspor" yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, "Antalyaspor"un əvəzediciləri ilə qarşılaşan həmyerlimizin komandası meydanı sülhlə tərk edib – 1:1.
 
Davud Kərimi ilk yarını ehtiyatda keçirib. Amma fasilədən sonra baş məşqçi ona da oynamaq şansı verib.
 
Qeyd edək ki, "Fəthiyəspor" PTT 1-ci liqanın 2-ci dövrəsindəki ilk matçını "Trabzon 1461" klubuna qarşı keçirəcək. Komanda yanvarın 11-də bu matçın hazırlıqlarını tamamlayacaq. Qarşılaşma yanvarın 12-də Bakı vaxtilə 18:30-da start götürəcək.
Shares: