İkinci dövrənin sonuna 2 tur qalmış Orxan Səfiyaroğlunun "Simurq"dan ayrılacağı ilə bağlı xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, o vaxt futbolçu bu xəbəri inkar etsə də, informasiyamızın doğrulacağına əmin idik.
Belə də oldu. Bir neçə gün öncə Antalyaya təlim-məşq toplanışına yollanan komandanın heyətində gənc yarımmüdafiəçinin adı yoxdu.
Saytımıza açıqlama verən gənc futbolçu klubdan öz istəyi ayrıldığını bildirib: "Sona iki tur qalmış məşqçiyə yaxınlaşaraq komandadan getmək istədiyimi bildirdim. Buna səbəb isə heyətə düşə bilməməyim idi. Digər Premyer Liqa klubuna keçəcəm. Amma hələlik ad açıqlamaq istəmirəm".
Futbolçu keçəcəyi klubun adını açıqlamaq istəməsə də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Orxan yenidən əvvəlki klubu AZAL-a qayıdır.
KƏMALƏ İSMAYİLOVA





