İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Alvaro Arbeloa komanda yoldaşı Qaret Beyl haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, son günlər mətbuatda Beylin zədələnməsinə günahkar kimi göstərilməkdən narahat olduğunu bildirib.
 
Arbeloa iddianı yayanlara istehzalı şəkildə mesaj göndərib: "Reallıq odu ki, onu maşınımla əzdim. Ancaq Beyl çox güclü olduğu üçün hələ də yaşayır".
 
Qeyd edək ki, Arbeloanın uelsli futbolçunu məşqdə toqquşaraq zədələdiyi bildirilirdi.
Shares: