"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli futbolçulara qadağa qoyub. Həm də onun bu qadağası olduqca qəribədi.
 
Futbolinfo.az saytına daxil olan məlumata görə, türkiyəli mütəxəssis yetirmələrinə ibadət etməyə icazə vermir. Baş məşqçinin tapşırığına əsasən, dindar futbolçular komanda yoldaşlarıyla birgə və diqqət çəkən yerdə yox, yalnız öz otaqlarında ibadət edə bilərlər.
 
Qeyd edək ki, 64 yaşlı mütəxəssis bir müddət öncə də futbolçulara qadağa qoymuşdu. Dənizli vacib çempionat matçlarından öncə futbolçuların oteldə qalmasını və ailə üzvlərindən ayrı yaşaması qaydasını tətbiq etmişdi.
Shares: