Zaqatalanın "Simurq" klubu hazırda Antalyada təlim-məşq toplanışını davam etdirir. Side bölgəsində yerləşən "Sueno" otelindən məskunlaşan komandanın yoldaşlıq oyunlarındakı rəqibləri artıq məlumdu.
 
Belə ki, bölgə təmsilçisi öncə yanvarın 16-da Almaniyanın "Felbert" klubu ilə qarşılaşacaq. Daha sonra Georgi Çixradzenin yetirmələri yanvarın 19-da Rumıniyanın "Vasluy" klubu ilə görüşdə qüvvəsini sınayacaq. Toplanışın sonlarında isə Zaqatala klubu yanvarın 22-si və ya 25-də Didye Droqbanın keçmiş komandası "Şanxay Şenxua" (Çin) klubu ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, "Simurq" yanvarın 26-da vətənə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.
Shares: