"Qalatasaray"ın və Hollandiya millisinin futbolçusu Uelsli Sneyder yığma komanda haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, millinin başına keçəcəyi iddia edilən Quus Hiddinki düzgün seçim kimi qiymətləndirib:
"Hiddinki tanıyıram. O, çox yaxşı insan olmaqla yanaşı, həm də güclü çalışdırıcıdı. Hollandiya millisinin başına gəlməsi üçün Hiddink çox düzgün seçimdi".
Məlumatınız olsun ki, Hiddink DÇ-2014-dən sonra bu postda Lui van Qalı əvəzləyəcək.





