2 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdan Lionel Messi bu qayıdışı dubl etməklə daha da mənalandırdı. Futbolinfo.az xəbər verir ki, Kral Kubokunda “Xetafe” ilə matçdan sonra "Barselona"nın futbolçusu gələcək karyerası haqda açıqlama verib.
 
O, bu il komandadan ayrılacağına dair şayələrə son qoymaq və karyerasını Kataloniyada bitirmək istədiyini deyib.
 
Son vaxtlar Leonun adı Fransanın PSJ klubu ilə hallanırdı.
Shares: