Təxminən 2 saat öncə "Kəpəz"in bundan sonra yoluna Azər Məmmədovla davam etməyəcəyi rəsmən müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, klub prezident Mehman Allahverdiyevin rəhbərliyi altında keçirilən klubdaxili iclasda son dəfə gənc məşqçiyə komandada işini davam etdirməsi üçün edilən təklif qəbul olunmayınca, Məmmədovun istefası qəbul olunub.
 
Amma Azər bəy klubdan uzaqlaşmayacaq. Belə ki, rəhbərlik ona uşaq futbolu sahəsində yeni iş verməyi planlaşdırır.
 
Bu dəqiqələrdə isə Mehman Allahverdiyevin baş məşqçi postuna yeganə namizədi olan Vidadi Rzayevlə görüşü keçirilir. Tərəflər klubun bazasında yox, Allahverdiyevin şəhərin Toxucular adı ilə tanınan hissəsində yerləşən şəxsi ofisində reallaşır. Çox güman ki, Rzayev dəvəti qəbul edəcək.
Shares: