"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo paytaxt klubunun baş məşqçisi Nazim Süleymanovun istefasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Düşünürəm ki, "Neftçi" doğru addım atıb. Nazim Süleymanovla heç nə alınmırdı. Komandamız onunla heç də uğurlu nəticələr qazanmadı. Buna görə Süleymanovun göndərilməsinin komandanın xeyrinə olacağını düşünürəm".
Shares: