Türkiyə Super Liqasının ilk dövrəsində zirvə yarışından kənar qalan “Bursaspor” ikinci dövrəyə sürətlə başlamağı planlaşdırır. Futbolinfo.az xəbər verir ki, “timsahlar” transfer çalışmalarını gücləndiriblər.
“Ağ-yaşıllar” artıq məşhur bir futolçu ilə də anlaşıb. Söhbət Moskva “Spartak”ında top qovan isveçli ulduz Kim Kallstromdan gedir. Bursa təmsilçisi istedadlı oyunçuya görə qarşı tərəfə 2,5 milyon avro ödəyib və onunla 3 illik müqavilə bağlayıb.
Kallstrom önümüzdəki günlərdə Türkiyəyə gələrək “Bursaspor”un düşərgəsinə qoşulacaq.





