"İnter"in Türkiyə toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, toplanışın 4-cü günündə də komanda iki dəfə məşq edib. Səhər komanda müxtəlif məsafələrə qaçış həyata keçirib.
Axşam saat 17:00-da başlayan məşqə isinmə hərəkətləriylə start verilib. Daha sonra futbolçular fiziki hərəkətləri yerinə yetiriblər və iki şərti komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, "İnter"in baş direktoru Natiq Məmmədov da artıq Türkiyədədi. O, ötən gün keçirilən hər iki məşq prosesini izləyib. Məşqdən əvvəl Məmmədov komanda üzvlərinə çalışmalarında uğurlar arzulayıb.





