“Xəzər Lənkəran”ın yeni transferi Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi
 
– “Xəzər Lənkəran”da ab-hava necədi?
– Burada hər şey məni qane edir. “Xəzər Lənkəran” böyük komandadı. İnanıram ki, burada mənim üçün hər şey daha yaxşı olacaq.
 
– Özünü belə komandada necə hiss edirsən?
– Çox yaxşı. Burada əla insanlar var. Hamı ilə münasibətim yaxşıdı. Düşünürəm ki, zaman keçdikcə daha yaxşı olacaq.
 
– Komandaya uyğunlaşa bilirsən?
– Hə, yavaş-yavaş uyğunlaşıram. İndi tam uyğunlaşmasam da, zamanla bu da həllini tapacaq.
 
– Mustafa Dənizli ilə görüşmüsən?
– Məşqlərdə üz-üzə gəlmişik. Amma belə şəxsi söhbət etməmişəm.
 
– Özünü burada sübut edə biləcəksən?
– Bu, mənim məşq etməyimdən asıldı. Əgər yaxşı hazırlaşsam, o zaman çox yaxşı formada olacağam. Yalnız belə olan halda özümü göstərə biləcəm.
 
– Zədədən sonra özünə gələ bilmisən?
– Yavaş-yavaş düzəlirəm. Amma hələ də əvvəlki kimi deyiləm. Məşq etdikcə bunlar hamısı keçəcək. Çempionat bərpa olana qədər əla formada olmaq istəyirəm.
 
– Sənin əslən cənub zonasından olduğunu bilirik. Bu, sənə “Xəzər Lənkəran”da oynamağa əlavə stimul verəcək?
– Düzdü, mən əslən cənub zonasındanam. Amma “Xəzər Lənkəran”a qarşı iki dəfə oynamışam və qol da vurmuşam. “Sumqayıt”da cənub komandasına qarşı oynayanda bu zonadan olduğumu unudurdum. Amma sevinirəm ki, artıq bu zonanın komandasının şərəfini qoruyacam. Əlimdən gələnin ən yaxşısını edəcəm.
 
ELSEVƏR
Shares: