"Karvan" qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyəyə yollanmaqdan imtina edib. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın maliyyə probleminin olmasıdı.
Əvəzində komanda təlim-məşq toplanışı üçün sabah Yevlaxda toplaşacaq. "Karvan" təlim-məşq toplanışı ərzində bir neçə yoldaşlıq görüşü keçirəcək. Yevlaxlıların yoldaşlıq görüşlərində hansı komandalarla qarşılaşacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, "Karvan" ilk dövrəni 8-ci pillədə başa vurub.





