Türkiyənin “Bursaspor” klubu heyətinə qatmaq istədiyi isveçli futbolçu Kim Kallstromun transferindən son anda vaz keçib. Futbolinfo.az xəbər verir ki, işlər imza mərhələsində dondurulub.
 
Buna səbəb Moskva “Spartak”ının son anda “timsahlar”dan daha 1 milyon avro tələb etməsi olub. İlk öncə tərəflər 2,5 milyon avroya razılaşsa da, Rusiya təmsilçisi sonradan məbləği qaldırıb. Bu isə “ağ-yaşıllar”ın geri addım atmasına səbəb olub.
 
Bunun ardınca bursalı idarəçilər baş məqşçi Kristof Daumun verdiyi siyahıya əsasən, alternativ adlara yönələcək.
Shares: