Dortmund "Borussiya"nın futbolçusu Robert Levandovski bundan sonra mühafizəçilərlə gəzəcək. Futbolinfo.az xəbər verir ki, o, azarkeşlərin hücumuna məruz qalmaqdan ehtiyatlanır.
Axı fanatlar “Borussiya” forması geyə-geyə əzəli rəqib “Bavariya” ilə anlaşan forvarda qarşı çox əsəbidi. Polşalının mühafizəçi tutması xəbərini meneceri də "Bild"ə açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Levandovski "Bavariya" ilə beş illik müqavilə imzalayıb.





