Afrikada 2013-cü ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, son iki ildə olduğu kimi bu dəfə də “Mançester Siti”nin Kot d`İvuarlı yarımmüdafiəçisi Yaya Ture fəxri mükafata layiq görülüb.
 
Qara qitədə ilin ən yaxşısı adı uğrunda gedən mübarizədə Ture Nigeriya millisi və “Çelsi”nin şərəfini qoruyan Con Obi Mikel və “Qalatasaray”da çıxış edən həmyerlisi Didye Droqbadan üstün olub. Onlar müvafiq olaraq ikinci, üçüncü yeri tutublar.
Shares: